Agentlik, qarşıdakı dövrdə ABŞ və Avro Bölgəsi iqtisadiyyatları üçün tənəzzülün gözlənildiyi barədə məlumat yayıb.
Məlumatda, Avro Bölgəsində tənəzzülün bu il ABŞ-dan daha erkən başlamasının və təbii qaz böhranının enerji qiymətlərindəki dəyişkənliyi artırması səbəbiylə daha ciddi şəkildə yaşanmasının gözlənildiyi bildirilib.
Kredit reytinq agentliyinin yaydığı məlumatda faiz dərəcələrinin artması və qlobal inflyasiya səbəbindən hökumətlərin maliyyələşdirmə xərclərinin 2023-cü ildə artacağı gözlənildiyi bildirilib. Agentlik qeyd edib ki, qiymətlər artdığından istehlak da azalır və bu proses iqtisadiyyatların kiçilməsi ilə nəticələnəcək.
Yeni növ koronavirus (COVİD-19) epidemiyası ilə bağlı qeyri-müəyyənliklər və daşınmaz əmlak sektorunda davam edən gərginlik səbəbindən Çinin gələn il qlobal artımı əhəmiyyətli dərəcədə artıracağı gözlənilmir.
Agentliyinin məlumatında deyilir: “Geosiyasi risklər yüksək olaraq qalır. Rusiya və Ukrayna, eləcə də Çin-ABŞ münasibətləri üçün barışıq üçün aydın yol yoxdur”.
“İnkişaf etməkdə olan ölkələrin kredit reytinqləri üçün risklər dolların bahalaşması ilə artıb”, – məlumatda bildirilir.