Bu məqsədlə enerji müəssisələrində planlı təmir, təmir-bərpa və yenidənqurma işləri həyata keçirilib. Lazımi yanacaq ehtiyatı tədarük edilib. Bundan başqa, əsas və köməkçi avadanlıqların təmiri təyin edilmiş normalara uyğun keyfiyyətlə yerinə yetirilib. Elektrik stansiyalarında texniki göstəricilərin yaxşılaşdırılması üzrə mühüm tədbirlər görülüb.
Yerinə yetirilmiş təmir işləri qiymətləndirildikdən sonra “Azərenerji” ASC-də yaradılmış Aidiyyəti Tədbirlər Planının yerinə yetirilməsi üzrə Komissiya tərəfindən müəssisələrə 2022-2023-cü ilin payız-qış mövsümünə “Hazırlıq Pasportu”nun verilməsi qərara alınıb.