Vaxt.Az

“Araza nəzarəti ələ keçirə bilər”


 

İranın Zəngəzur dəhlizi və “Böyük Azərbaycan” dərdi

“Araza nəzarəti ələ keçirə bilər” İran Zəngəzur dəhlizinə qarşı çıxır, bütün varlığı ilə buna müqavimət göstərir. Bun səbəbləri barədə beynəlxalq mətbuatda da ciddi analitik yazılarla rastlaşmaq olar.

Belə məqalələrdən birində gedən bəzi məqamlara diqqət çəkəcəm. “Al-Monitor.com “ saytı ərəblərə məxsusdur. Vaşinqtondan yayımlanır. Qərbdə bu sayta xüsusi rəğbət var. Çünki bu sayt obyektiv mövqeyi ilə seçilir. Sayt əsasən Yaxın Şərqlə bağlı analitik yazılarla çıxış edir. Bu saytın təqdim etdiyi “Tensions simmer as Azerbaijan-Turkey alliance unsettles Iran” (Azərbaycan-Türkiyə müttəfiqliyi İranı narahat etdikcə gərginlik artır) adlı məqaləsində Zəngəzur dəhlizinin Türkiyə-Azərbaycan birliyi və İran üçün hansı anlama gəlməsi aşağıdakı kimi təsnif olunur:

1. İran Ermənistanla sərhəd əlaqəsini və birbaşa nəqliyyat əlaqələrini itirə bilər.

2. İranın Qafqaza və Rusiyaya çıxışı çətinləşə və rəsmi Tehranın Qafqazda təsirini azaldar.

3. Layihə NATO-ya İranı mühasirəyə almağa imkan verəcək.

4. Azərbaycan artıq İran vasitəsilə Naxçıvana bağlanmasa, İran iqtisadi itkilərlə üzləşəcək ki, bu da Tehranın Bakı üzərində təsir rıçaqlarını azaldacaq.

5. İran Asiya ilə Avropa arasında marşrut kimi üstünlüklərini itirə bilər.

6. İranın Çinin “Bir kəmər və bir yol” təşəbbüsündəki strateji dəyəri azala bilər.

7. Türkmənistan qazının Türkiyə və Avropaya nəqli üçün Zəngəzur marşrutundan perspektiv istifadə İran qazına olan tələbatı azalda bilər.

İranın Qara dənizə çıxışı bağlana bilər. İlham Əliyevin “dədə-baba yurdu” adlandırdığı Zəngəzurdakı status-kvonun dəyişməsi Azərbaycanın Araz çayına nəzarəti ələ keçirməsi ilə nəticələnə bilər.

Bax elə bu və bu kimi səbəblərdən İran Zəngəzur dəhlizinə qarşı çıxır. Məqalədə o da vurğulanır ki, “Böyük Azərbaycan” çağırışları Tehranda qaynar düyməni basdığından İran Azərbaycan və Türkiyənin regionda geosiyasi qazanclarından getdikcə daha çox narahat olur...

 





22.11.2022    çap et  çap et