Vaxt.Az

... Amma həftəni Avropa həll edir


 

ABŞ-da dollarla bağlı qərarlar alındı ...

... Amma həftəni Avropa həll edir Avropa Mərkəzi Bankının vitse-prezidenti Luis de Guindos, bankın növbəti faiz qərarının Avrozonanın inflyasiya məlumatlarından asılı olacağını və bölgənin hələ qarşıdakı aylar ərzində yüksək inflyasiya ilə üz-üzə qalacağını bildirib.

Dünən Federal Açıq Bazar Komitəsi (“FOMC” – “The Federal Open Market Committee”) üzvləri Klivlend FED-in sədri Loretta Mester, Kanzas Siti FED-in sədri Ester Corc və Sent Luis FED-in sədri Cim Bullardın çıxışlarında FED-in monetar siyasətinə dair şahin mesajlar gözləyən bazar iştirakçılarının gözləntilərinin qarşılığını almaması səbəbilə dollar indeksi bir qədər də gerilədi.

Bu gün Almaniyada, Avrozonada, İngiltərə və Amerikada həm sənaye həm də xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri investorların diqqət mərkəzindəki əsas xəbərlər olacaq. Bu gün həmçinin “FOMC”un son toplantısının protokolları da dərc olunacaq.

Dollar indeksində artım tendensiyası davam edərsə, avro 1 dollara, funt isə 1.16-ə kimi ucuzlaşa bilər. 

Ötən həftənin cümə axşamından etibarən dəyər itirən qızıl hazırda dünya birjalarında 1734 dollardan təklif olunur. Təhlillərə əsasən qiymətli metalın bir unsiya üzrə dəyəri 1730 həddinin altına düşsə, 1705-ə kimi ucuzlaşa bilər.

 





23.11.2022    çap et  çap et