– KTMT-nin böhranlı vəziyyətlərə reaksiya mexanizminin təkmilləşdirilməsi;
– Sərhəddəki sentyabr hadisələri üzərindən təşkilatın Azərbaycana qarşı mövqe sərgiləməsi.
İclasdan öncə İrəvanda Putinin səfərinə etiraz olaraq keçirilən aksiya da Paşinyanın Rusiya prezidentinə “erməni xalqı sizdən cavab gözləyir” mesajını vermək, bununla sammitdə istəyinə nail olmaq gedişidir.
Hərçənd, KTMT-nin Bakıya qarşı İrəvanın istədiyi mövqeyi sərgiləcəyi gözləntisi azdır, bu, təkcə təşkilat üzvlərinin Azərbaycanla münasibətlərindən yox, həm də Rusiyanın prosesdə tərəf olmaq istəməməsindən irəli gəlir.
Mümkün gözlənti KTMT-nin sərhədə “müşahidə missiyası” göndərməsi haqda məsələnin müzakirəsidir. Moskva ötən ay bunu dəstəklədiklərini, təşkilatın qərar verməsindən sonra gerçəkləşə biləcəyini açıqlamışdı.
Birincisi, Aİ-nin monitorinq missiyasının bölgəyə gəlişinə qarşı gediş etmək və sərhəd məsələsində dəyişən balansı bərpa etmək;
İkincisi, Bakıya qarşı cəbhə almadan Ermənistanı razı salmaq.
Putinin dünən Əliyevə zəngində də bu məsələnin müzakirə edildiyi ehtimalı var. Missiyanın göndərilməsi qərarı verilərsə, qüvvələr Azərbaycan yox, Ermənistan ərazisində yerləşə, müşahidəni oradan apara bilər, Aİ-nin monitorinq qrupu kimi.
Lakin KTMT-nin müşahidə missiyasının Ermənistana gəlməsi Qərb missiyalarını bölgəyə gətirən Paşinyanın planına tam cavab vermir: İrəvan bu prosesdən Bakıya qarşı cəbhəni yaratmaqla yanaşı, mənfi cavabdan istifadə edərək, Qərblə yaxınlaşmaq qapısını daha da aralamaq üçün istifadə edir;
Ermənistan KTMT-nin müşahidə missiyası qarşılığında təşkilatın Azərbaycana qarşı mövqe sərgiləməsi şərtini irəli sürə bilər. Ki, bu da Moskvanın mövqeyi ilə üst-üstə düşmür. Bu baxımdan, sammitdən nəticə əldə olunacağı sual altındadır.