Vaxt.Az

Bütün gözlər FED-ə baxır


 

Qızılsa durmadan bahalaşır

Bütün gözlər FED-ə baxır Bazar iştirakçılarının son 10 gün ərzində FED-in 0.5 faizlik faiz artımı reallaşdıracağı ehtimallarını qiymətləndirməsi fonunda təzyiq altında qalan dollar indeksində tendensiyanın davamına bugünkü toplantıda veriləcək faiz qərarı aydınlıq gətirəcək.

Əgər bazar ehtimalları öz təsdiqini tapsa, dollar indeksindəki geriləmə daha kəskin xarakter ala bilər. Bu səbəbdən də bu gün FED-in faiz qərarı və toplantı sonrası keçiriləcək mətbuat konfransında monetar siyasətin gələcək yol xəritəsi ilə bağlı veriləcək açıqlamalar invsetorların əsas diqqət mərkəzində olacaq.

Faiz qərarı öncəsi qızıl 1650 dollara kimi bahalaşıb. Əgər qiymətli metalın bir unsiya üzrə dəyəri bu həddin üzərində möhkəmlənə bilsə, 1667-ə kimi qalxa bilər.

 





02.11.2022    çap et  çap et