Vaxt.Az

“Gəmilərin çıxışında problem yoxdur”


 

Türkiyə Ukraynadan taxıl ixracını davam etdirəcək

“Gəmilərin çıxışında problem yoxdur” Türkiyənin müdafiə naziri Hülusi Akar Rusiyanın Qara dəniz taxıl təşəbbüsündə iştirakının dayandırılmasına baxmayaraq, Türkiyə bayrağı altında gəmilər Ukrayna limanlarından taxıl ixracını heç bir problem olmadan davam etdirə biləcək.

“Türkiyə bayrağı altında gəmilərin çıxışında heç bir problem yoxdur. Onlar Ukrayna limanlarından çıxmağa davam edəcəklər”.

Akar həmçinin ümid etdiyini bildirib ki, tərəflər taxılla bağlı sazişin tam həcmdə həyata keçirilməsi ilə bağlı razılığa gələ biləcəklər.

Xəbər verildiyi kimi, taxıl müqaviləsi mövzusu bazar ertəsi və çərşənbə axşamı Rusiya və Türkiyənin xarici işlər nazirləri və müdafiə nazirləri arasında telefonla müzakirə edilib.

Şənbə günü, oktyabrın 29-da Rusiya xarici işlər nazirliyi elan etdi ki, Moskva Ukrayna pilotsuz təyyarələrinin Sevastopolda Qara dəniz donanmasının gəmilərinə hücumunu nəzərə alaraq, Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracına dair “Qara dəniz təşəbbüsü”nün icrasını qeyri-müəyyən müddətə dayandırır.

 





02.11.2022    çap et  çap et