Vaxt.Az

Erkən resessiya ...


 

“OPEC”-in Avropa və ABŞ üçün proqnozu

Erkən resessiya ... “OPEC”-in baş katibi Heysəm əl-Qeys Avropa iqtisadiyyatının tənəzzüllə üz-üzə olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ da bu istiqamətdə hərəkət edə bilər.

Onun fikrincə, bu iqtisadi problemlər neftə olan tələbata təsir edə bilər. “Və buna görə də, proqnozumuz göstərir ki, qarşıdakı aylarda profisit yaranacaq. Oktyabr ayında fəal olmağa qərar verməyimizin əsas səbəbi də bu idi”.

“OPEC” rəhbəri əlavə edib ki, neft bazarında təklif profisiti dördüncü rübdə və gələn ilin əvvəlində mövcud olacaq. Onun sözlərinə görə, oxşar proqnozları təkcə “OPEC” deyil, həm də Beynəlxalq Enerji Agentliyi (IEA), eləcə də digər analitiklər verir.

Daha əvvəl “BusinessDrom” analitik agentliyinin baş direktoru Pavel Samiyev bildirmişdi ki, Qərb ölkələrinin iqtisadiyyatlarının əksəriyyəti artıq tənəzzül mərhələsinə qədəm qoyub, qalanlarının isə üçüncü rübdə resessiyaya girəcəyi ehtimalı var. O hesab edir ki, eyni zamanda, bu mərhələdən çıxmaq üçün illər lazım ola bilər.

 





02.11.2022    çap et  çap et