Vaxt.Az

Türkiyə Almaniyanı qabaqladı


 

Tədarükdə rekord – 1.1 milyard dollar

Türkiyə Almaniyanı qabaqladı Sentyabrda tədarükləri növbəti rekorda – 1.1 milyard dollar artıraraq Türkiyə Rusiyaya ixraca görə üçüncü yeri tuta bilər. Belə ki, sanksiyadan əvvəlki dövrlə müqayisədə Türkiyədən mal idxalı təxminən 2.4 dəfə artıb.

Sentyabrda Türkiyədən Rusiyaya mal tədarükünün pulla həcmi aylıq rekordu yeniləyib – 1.15 milyard dollar. Bu avqust ayı ilə müqayisədə 21 faiz (948 milyon), ötən ilin sentyabr ayı ilə müqayisədə  (504 milyon dollar) 2.3 dəfə çoxdur. Məlumat Türkiyənin Statistika İnstitutuna istinadən təqdim olunub..

Türkiyənin Rusiyaya ixracı bu il ardıcıl olaraq artıb. Fevral ayında Rusiyaya qarşı sərt Qərb sanksiyalarının tətbiqindən əvvəlki rəqəmlərlə müqayisədə, göstərici demək olar ki, 2.4 dəfə artıb (2021-ci ildə Türkiyənin Rusiyaya ixracı ayda ortalama olaraq 481 milyon dollar təşkil edib). Türkiyə NATO blokunun Rusiyaya qarşı sanksiyalara qoşulmayan yeganə üzvüdür.

 





02.11.2022    çap et  çap et