Vaxt.Az

London ixracatçılar axtarır


 

Böyük Britaniya Rusiyadan qaz idxalını dayandıracaq

London ixracatçılar axtarır “Böyük Britaniya 2023-cü il yanvarın 1-dən etibarən Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını dayandıracaq”. Bu haqda Britaniya Xarici İşlər Nazirliyi bildirib.

Xarici İşlər Nazirliyinin mikrobloqunda deyilib: “2023-cü il yanvarın 1-dən Böyük Britaniya Rusiyadan mayeləşdirilmiş təbii qazın bütün idxalını dayandıracaq və dünya ölkələrinə asılılığın azaldılması baxımından dəstək verəcək”.

“Bloomberg”, sentyabr ayında mənbələrə istinadən xəbər verdi ki, Britaniya hökumətinin işçi qrupu Böyük Britaniyaya yanacaq tədarükü üçün 20 illik müqavilələr bağlamaq üçün mayeləşdirilmiş təbii qazın ixracatçılarını axtarır. Agentliyin məlumatına görə, London “ölkə iqtisadiyyatını sarsıtmaq təhlükəsi yaradan qış enerji böhranı ərəfəsində ABŞ istehsalçılarından uzunmüddətli qaz tədarükünü etməyə çalışır”.

 





02.11.2022    çap et  çap et