Vaxt.Az

Moskva “şantaj”da ittiham olunur


 

“Qeyri-dost hərəkətlərə artıq alışmışıq”

Moskva “şantaj”da ittiham olunur Moldova Moskvanı enerji “şantajı”nda ittiham edərək, Rusiyanın enerji nəhəngi “Qazprom”un Ukraynanın qonşusu üçün nəzərdə tutulan tədarükləri gecikdirdiyi ilə bağlı iddialarını rədd edib. O, bunu “manipulyasiya” adlandırıb və Kişinyov üçün təchizatın kəsilməsinə haqq qazandırmaq məqsədi daşıdığını deyib.

Moldovanın baş nazir müavini Andrey Spınu noyabrın 23-də “Facebook”da bildirib ki, Rusiyadan tədarük olunan qazın bir hissəsi – 200 milyon kubmetrdən çoxu - gələcəkdə istifadə üçün Ukrayna anbarlarında saxlanır və “Qazprom” bu faktdan yalandan istifadə edərək, “bizim artıq alışdığımız bu qeyri-dost hərəkətlərlə” qaz tədarükünü kəsməklə hədələyir.

Spinu “Açığını deyim ki, Moldovaya verilən qaz həcminin hamısı bizim ölkəmizə gəlir. “Qazprom”un Ukraynada qaldığına istinad etdiyi qaz bizim Ukraynadakı anbarlarda saxlanılan ehtiyatlarımızdır. Həm də məlum olsun ki, bu həcmlər üçün ölkəmiz tərəfindən tam ödəniş edilib və ediləcək”, – yazıb.

Rusiya Ukraynaya hücumuna görə Qərbin sanksiyalarına məruz qalıb və buna cavab olaraq Avropaya qaz tədarükünü kəskin şəkildə azaldıb ki, bu da soyuq mövsüm başladığı üçün enerji böhranına səbəb olub.

Ukrayna və Avropa İttifaqının üzvü olan Rumıniya arasında sıxışıb qalan Moldovaya Rusiya qazının tədarükü və elektrik enerjisinin müntəzəm idxalı azalıb.

Bu həftənin əvvəlində “Qazprom” Ukraynanın Rusiya qazının Avropaya nəqli üçün əsas tranzit marşrutunun – Kişinyova təxminən 52,5 milyon kubmetr qaz tədarükünün qarşısını aldığını iddia edərək, gələn həftədən Moldovaya qaz tədarükünü azaltmaqla hədələyib.

Baş nazir Natalia Qavrilitsa Moldovanın “Pro TV” telekanalına müsahibəsində deyib ki, Moldova Rusiyanın “şantajı” qarşısında durmağa hazırdır.

“Rusiyanın dekabr ayında Moldovaya qaz tədarükünü dayandıracağına dair heç bir siqnal yoxdur. Lakin hökumət istənilən ssenariyə hazırdır, çünki Rusiya enerji resurslarından şantaj vasitəsi kimi istifadə etməkdə davam edir”, – Qavrilitsa deyib.

 





23.11.2022    çap et  çap et