Hər ikisi ilə bağlı yekun nəticəyə gəlinmədi. KTMT liderləri Paşinyanın “Azərbaycan ordusu 13-14 sentyabr tarixlərində irəlilədiyi ərazilərdən geri çəkilməlidir” tələbini rədd etdilər.
Bundan başqa, sammitdə Lukaşenko növbəti dəfə Paşinyanı ciddi şəkildə tənqid edib, ABŞ-ın Ermənistanda biolaboratoriyasının olmasına eyham vurub və İrəvanı Azərbaycan ilə sülh müqaviləsi imzalamağa çağırıb. Bu azmış kimi, Belarus prezidenti, Paşinyanın qonaqların şərəfinə verdiyi ziyafətə qatılmayaraq Qaqik Sarukyanın evinə qonaq gedib.
Beləcə, Ermənistanın hakimiyyətinin İrəvan küçələrində hazırladığı KTMT üzvlərini manipulyasiya etməyi nəzərdə tutan bir tərəfdən anti-Rusiya, digər tərəfdən Rusiyapərəstlərin mitinqləri də Nikolun imdadına çatmayıb. Üstəlik, Peskov Paşinyan bəzi məsələlərdən narazı olsa da ölkəsi KTMT də qalacaq bəyanatını verib.