Görün dövlətçilik qırmızı xəttini bu ara, necə əyləcsiz aşıblarmış. Necə deyırlər, “həddini aşana yer ver, əlinə bel”. (Bizdə bir icra başçısı ilə idarə olunan rayonlar var ki, əhalisi Naxçıvanınkına yaxındır).
Ümumiyyətlə, Azərbaycan Respublikası gərgin geosiyasi regionda yerləşməsi, milli-dövlətçilik və əhalisinin xüsusiyyətinə görə sırf, tam unitar dövlət olması şərtindədir. Azərbaycan xalqı heç cənub-şimala bölünməsini, 300 ildə həzm edə bilmədi, 3 əsrdir birləşmə, bütövləşmə hayqırır. Ermənistan ərazisində kağız üzərində xəyali bir “İrəvan dövləti” elan ediblər, cəmiyyət kükrəyir!
Ona görə də bizim ölkə, xalqa “muxtarlar” əsla lazım deyil. Yaxın tarixdə, “muxtarın” birisi artıq əyani olaraq özünü göstərdi. Naxçıvan bölgəsi, xalqı əsil-köklü canımız, Azərbaycanımızdır. Və düşünürəm ki, Azərbaycana da birbaşa heç bir inzibati-bürokratik “vasitəçisiz” də birləşməlidir. Bu, “muxtar dövlət respublika” əksinə, ayırıcıdır mərkəzdənqaçmalı, eynilə, izafi büdcə xərclidir.
P. S.: Dövlət, respublika nədir? ABŞ-da 50 ştatın xeylisi bir çox ölkələrdən də böyükdür, heç onlara belə “dövlət”, “respublika” kimi adlar verilməyib! Bir rayon boyda bölgənin nazirimi olar?