Vaxt.Az

Daha üç SEPAH komandirinə sanksiya


 

Fars-molla rejimi dinc əhaliyə odlu silahlardan istifadə edir

Daha üç SEPAH komandirinə sanksiya ABŞ İranın bir neçə hökumət rəsmisinə, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qüvvələri komandirlərinə qarşı hökumət əleyhinə dinc nümayişləri vəhşicəsinə yatırdıqları üçün sanksiyalar tətbiq edib.

ABŞ Maliyyə Nazirliyi İranın qərbindəki SEPAH quru qüvvələri bölməsinin komandiri Məhəmməd Tağı Osanlunu məhdudiyyətlər siyahısına daxil edib. 

Siyahıya İranın Sənəndəc şəhərindəki Hüquq-Mühafizə Qüvvələrinin komandiri Əlireza Moradi də salınıb. 

Moradi etirazlar zamanı Sənəndəcdə dinc, silahsız etirazçılara qarşı ölümcül silahlardan istifadə etməyə icazə verib.

Maliyyə Nazirliyi Sənəndəc şəhərinin inzibatçısı və keçmiş SEPAH komandiri Həsən Əsgəriyə də sanksiya tətbiq edib.

 





24.11.2022    çap et  çap et