“Amazon” və “Disney” kütləvi şəkildə işçilərin ixtisarına başlayıb. “Amazon”da bu rəqəmin 10 000 insana çatacağı təxmin edilir. Bundan öncə isə “Twitter” 3700 adamı ixtisar etmişdi. Buna səbəb son zamanlar şirkətin günə 4 milyon dollar dəyər itirməsi səbəb olub. Məlumata görə META da gəlirin 4,5 faiz azalması səbəbindən işçilərin minimum 10 faiz ixtisarını planlaşdırır. Qeyd edək ki, hazırda şirkətdə 87000 adam çalışır.
“Siemens” Rusiyadakı bütün bizneslərini satıb. “Mazda”, “Jagemeister”, “Henkel” və “İsuzu” da həmçinin analoji addımı atıb. Ümumiyyətlə avtokonsernlər Rusiya bazarından çıxmaqla 4.3 milyard avro pul itiriblər. Ən çox isə 2 milyard avrodan çox pul itirən “Renault” olub. təkcə “Toyota” 655 milyon dollar itirib.
“McDonalds” nəyəsə görə Qazaxıstanda da fəaliyyətini müvəqqəti dayandıracağını elan edib. Bu arada “Estee Lauder” “Tom Ford” brendini 2.8 milyard dollara alıb.