Vaxt.Az

NATO-dan sərt addım


 

Rasmussen: «Bundan sonra sərhədlərimizə hər hansı təcavüz qeydə alınarsa, ...»

NATO-dan sərt addım NATO Ukrayna və Krıma təcavüz etdiyinə görə Rusiya ilə bütün mülki və hərbi münasibətlərin dayandırmaq haqqında qərar verib. (musavat.com)

NATO xarici işlər nazirlərinin toplantısının açılışında çıxış edən NATO-nun baş katibi Anders Fog Rasmuseen sərhədləri yenidən müəyyən etmək üçün gücdən istifadə edən Rusiya ilə münasibətlərin dəyişməsinin şərt olduğunu dilə gətirib.

Bu bölgədə təhlükəsizliyin qorunması üçün NATO-nun planlarını açıqlayan Rasmussen deyib ki, Rusiyanın beynəlxalq hüququ pozmaq cəhdlərinə layiqli cavab veriləcək: «Bundan sonra sərhədlərimizə hər hansı təcavüz qeydə alınarsa, bu aktı həyata keçirən ölkə həmin an eyni qaydada cavab alacaq».

 





01.04.2014    çap et  çap et