Vaxt.Az

ABŞ-da növbəti silahlı hücum


 

5 nəfərin ölümü ilə bitən insidentdən az sonra 6 can itkisi

ABŞ-da növbəti silahlı hücum ABŞ-ın Virciniya ştatının polisi çərşənbə axşamı “Walmart” supermarketində azı 6 nəfərin ölümü ilə nəticələnən silahlı hücumla bağlı araşdırma aparır.

Çesapik şəhərinin rəsmiləri çərşənbə günü səhər saatlarında polisin ölənlərin sayını təsdiqlədiyini, hücumçunun da öldüyünü bildirib.

Rəsmilər atəş açan şəxsin necə öldüyü və ya hücumun təfərrüatları barədə geniş məlumat verməyib.

“Walmart” verdiyi açıqlamasında “bu faciəvi hadisədən şoka düşdüyünü” deyib.

“Biz hücuma məruz qalanlar, cəmiyyət və əməkdaşlarımız üçün dua edirik. Hüquq-mühafizə orqanları ilə yaxından işləyir və diqqətimizi əməkdaşlarımızı dəstəkləməyə yönəldirik”, – deyə şirkət bildirib.

Hücum Kolorado ştatının Kolorado Sprinqs şəhərində homoseksualların gecə klubunda 5 nəfərin ölümü və 18 nəfərin yaralanması ilə nəticələnən silahlı hücumdan bir neçə gün sonraya təsadüf edir.

 





24.11.2022    çap et  çap et