Vaxt.Az

Kəşfiyyat-pozuculuq


 

İran Azərbaycana qarşı iş aparır

Kəşfiyyat-pozuculuq İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir. Bunu Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda keçirilən konfransda deyib.

O, bu istiqamətdə kəsərli tədbirlərin görüldüyünü vurğulayıb.

Həmçinin vurğulanıb ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir. İran xüsusi xidmət orqanlarının Azərbaycana qarşı aktiv şəkildə həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətindən də danışan birinci müavin bu istiqamətdə görülən kəsərli tədbirlərdən söhbət açıb.

 





24.11.2022    çap et  çap et