Vaxt.Az

Pezeşkiyan rejimə səsləndi


 

Təbrizli millət vəkili etirazçıların səsini eşitməyə çağırdı

Pezeşkiyan rejimə səsləndi Təbriz Üskü və Tufarqan (Azərşəhr) şəhərlərinin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan ölkədə davam edən etiraz aksiyaları ilə bağlı fikirlərini paylaşıb.

“Problemlərin həlli, etirazların iğtişaşlara çevrilməsinin qarşısını almaq üçün xalqın səsini eşitmək, vətəndaşlara qarşı ədalətli və insaflı davranmaq lazımdır”, – deyə, azərbaycanlı millət vəkili bildirib.

O, ölkənin yalnız bir qrupa aid olmadığını və başqalarına da inkişaf üçün şərait yaradılmasının vacibliyini vurğulayıb.

***

Tehran Reabilitasiya Elmləri və Sosial Sağlamlıq Universitetinin tələbələri rektorun ofisinin önündə oturaq aksiyası keçirib.

Etiraz edənlər həbsdə olan tələbələrin sərbəst buraxılmasını tələb ediblər.

Oturaq aksiyası zamanı “Tələbə ölər zillət qəbul etməz”, “Məhbus tələbə sərbəst buraxılsın” kimi şüarlar səsləndirilib.

 





24.11.2022    çap et  çap et