Vaxt.Az

“İranda vəziyyət kirtikdir”


 

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı həyəcan təbili

“İranda vəziyyət kirtikdir” BMT-nin İnsan Haqları üzrə Ali komisarı Volker Türk İran hakimiyyətinin ümumxalq etirazlarına reaksiyasının aqressivləşməsinə toxunaraq, son iki ayda etirazlarda ən azı 300 nəfərin həlak olduğunu bildirib.

BMT İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Ceremi Lourens noyabrın 22-də İsveçrənin Cenevrə şəhərində keçirdiyi mətbuat konfransında bildirib ki, son günlər İranda etiraz aksiyaları nəticəsində ölənlərin sayının artması, o cümlədən iki uşağın ölümü və təhlükəsizlik qüvvələrinin reaksiyasının zorakı xarakter alması ölkədəki vəziyyətin böhranlı həddə çatdığını təsdiqləyir.

BMT İnsan Haqları Şurası bu həftə Cenevrədə İranda etirazların vəziyyətini nəzərdən keçirmək üçün iclas keçirməyə hazırlaşır. Görüşdə bir sıra diplomatların, etiraz şahidlərinin və qurbanların iştirakı gözlənilir.

İclasda təklif edilən məsələlərdən biri də İranda davam edən repressiyalarla bağlı faktaraşdırıcı komissiyanın yaradılması olacaq.

 





24.11.2022    çap et  çap et