ANS PRESS-in məlumatına görə, iclasda iştirak edən sağçıların nümayəndə heyəti Aleksandr Muziçkonun ölüm faktının araşdırılmasında Arsen Avakovun şəxsi maraqlarını güddüyünə görə işindan azad edilməsini tələb edib.
«Ukrayna Ali Radası tərəfindən yaradılmış İstintaq komissiyası daxili işlər naziri Arsen Avakovun komissiyanın Aleksandr Muziçkonun ölümünü araşdırdığı müddətdə vəzifəsindən azad edilməsi ilə bağlı müvafiq orqanlara müracət edilməsi barədə qərar qəbul edib», deyə komissiya sədri Yuri Derevyanko bildirib. O, qeyd edib ki, Arsen Avakov 2014-cü il aprelin 25-dək vəzifəsindən azad ediləcək.
Sağçıların nümayəndə heyətinin 6 üzvü bəyan edib ki, komissiyanın iclasında Avakovla bağlı səsləndirilən fikirlər onun daxili işlər naziri vəzifəsindən tamamilə azad edilməsinə səbəb ola bilər.
Xatırladaq ki, bir neçə gün əvvəl Ukraynada ultra-millətçi lider Aleksandr Muziçko güllələnərək öldürülmüşdü. «Saşa Belıy» kimi tanınan Muziçko polislə atışmadan sonra, qərbi Ukrayna şəhəri Rivnedəki kafedə ölmüşdü.