Vaxt.Az

İranlı təlimçilər məhv edilib


 

“Biz onları bura dəvət etməmişik”

İranlı təlimçilər məhv edilib Ölkəni bürümüş üsyanları yatıra bilməyən İranın Rusiyaya hərbi dəstək verməsi də başqa bir dərddir. Görünür ki, avtoritarlar hakimiyyətdə qalmaq üçün bir-birilərinin dəstəklənməsini ölkə daxili problemlərin həllindən vacib olduğunu düşünürlər.

Ruslara “Shahed-136” dronlarını uçurmağa kömək edən iranlı hərbi təlimatçılar Ukraynanın zərbəsi nəticəsində Krımda ölüblər. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “The Guardian” ilə söhbətində ölənlərin sayı barədə açıqlama verməyib. O vurğulayıb ki, Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazisindəki iranlılar Ukrayna qüvvələri üçün legitim hədəf olmaqda davam edəcəklər. “Onlar bizim ərazimizdə idilər. Biz onları bura dəvət etməmişik və əgər onlar terrorçularla əməkdaşlıq edib xalqımızın məhv edilməsində iştirak edirlərsə, biz onları öldürməliyik”, – MTMŞ katibi deyib. 

Danilov İranın ballistik raketlərinin Rusiyaya təhvil verilməsi məsələsinə də toxunub: “Biz bunun qarşısını almaq üçün əlimizdən gələni edirik. Amma [İran tədarüklə bağlı qərar qəbul edərsə], bu, bizə iki şeyi deyəcək. Birincisi, Rusiyanın belə bir imkanları yoxdur. Ən azı irimiqyaslı müharibəni davam etdirməyə imkan verəcək sayda öz raketlərini istehsal etmək qabiliyyəti yoxdur. İkincisi, 1979-cu ildən sanksiyalar altında olan bir ölkənin belə silah istehsal etmək imkanı varsa, o zaman  hansı sanksiyaları tətbiqindən söhbət gedə bilər? Yəni, sanksiyaların icrası ilə bağlı böyük ortaya çıxır”.

Noyabrın 22-də adı açıqlanmayan bir Ukrayna rəsmisi “The Jerusalem Post”a bildirib ki, ukraynalılar bir həftə ərzində on İran vətəndaşını öldürə biliblər. “Ruslar “Şahed-136” kamikadze pilotsuz təyyarələrini buraxmaq üçün müvəqqəti işğal olunmuş Xerson vilayəti və Krıma iranlı təlimatçılar gətiriblər. Onlar ruslara kamikadze pilotsuz uçan aparatlardan necə istifadə etməyi öyrədirlər və Ukraynanın mülki obyektlərinə pilotsuz təyyarələrin buraxılmasına, o cümlədən Nikolayev və Odessaya zərbələr endirməsinə birbaşa nəzarət edirlər”, – deyə mənbə bildirib.

 





24.11.2022    çap et  çap et