Yermakın bildirdiyinə görə, Ukrayna Milli Qvardiyasının 20 hərbçisini, Ukrayna Silahlı Qüvvələrinin 10 əsgərini, 12 dəniz piyadasını, 6 sərhədçini və 2 müdafiə döyüşçüsünü vətənə qaytarıb. Onlardan 19-u Mariupolun müdafiəçisi idi ki, onlardan 12-si Azovstaldan evakuasiya edilib, 15-i Çernobıl Atom Elektrik Stansiyasından və 7-si isə Zmeinıy adasında əsir götürülmüşdü.
Rusiya Müdafiə Nazirliyi və “DXR”-in nümayəndəsi yalnız əsirlərin dəyişdirilməsi faktı və evə qayıdan döyüşçülərin sayı barədə məlumat verib.
“Azad edilən hərbi qulluqçular Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya edilmək üçün Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri ilə Moskvaya çatdırılacaq”, – deyə, nazirliyin açıqlamasında bildirilib.
Bundan bir gün əvvəl də Ukrayna və Rusiya növbəti dəfə əsir mübadiləsi həyata keçirib. Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib ki, biri mülki vətəndaş, 35-i hərbçi olmaqla 36 nəfər Ukraynaya qayıdıb. Rusiya Müdafiə Nazirliyi Rusiyanın 35 hərbçisinin geri qaytarıldığını bəyan edib.
Ukrayna ilə Rusiya arasında noyabrın əvvəlində də hərbi əsir mübadiləsi aparılıb. Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermak 107 hərbçinin Ukrayna tərəfə, eyni sayda məhbusun Rusiya tərəfə qaytarıldığını bildirmişdi.