“İran nüvə proqramını daha da genişləndirir. Bu, rejimin qlobal təhlükəsizliyə yaratdığı təhdidin daha bir sübutudur. Daxildə öz xalqına vəhşicəsinə zülm edən bir rejim, şübhəsiz ki, xaricdə bizim dost və müttəfiqlərimizi hədələyəcək. İran heç vaxt nüvə silahı əldə etməməlidir”, – deyə Ceymz Kleverli bildirib.
Britaniya xarici işlər nazirinin bəyanatı bu ölkənin kəşfiyyat xidmətinin Britaniyada yaşayan iranlı media fəallarına qarşı Tehran hakimiyyətinin sui-qəsd etmək planı olduğu ilə bağlı açıqlamasında sonraya təsadüf edir.
Qeyd edək ki, bu barədə Britaniyanın “Mİ-5” əks-kəşfiyyat xidmətinin rəhbəri Ken Makkallum bildirib.
Onun sözlərinə görə, İranın kəşfiyyat xidmətləri rejimin düşmənləri hesab edilən ingilisləri və ya Böyük Britaniyada yaşayan iranlıları qaçırmaq və hətta öldürmək istəyib.
“Mİ-5”in Londondakı qərargahında çıxış edən Makkallum əlavə edib ki, bu cür hərəkətlər birbaşa Böyük Britaniyanın özünə təhlükə yaradır.