Bu gün Almaniyanın iqtisadi inkişaf səviyyəsinə dair açıqlanacaq statistik göstəricilər investorların diqqət mərkəzində olacaq.
Cümə axşamı keçirilən toplantısı zamanı Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı uçot dərəcələrini 10.50 faizdən-dən 9-a endirsə də, valyuta bazarlarında dolların təklifinin çoxluğu səbəbilə lirədə kəskin ucuzlaşma müşahidə olunmadı. Türk lirəsi son 2 aydır müşahidə olunan üfüqi tendensiyasını davam etdirir.
Dollar indeksindəki geriləmə fonunda qızıla tələb artır. Hazırda dünya birjalarında 1759 dollardan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1761 həddinin üzərinə yüksəlsə, 1780 dollara kimi bahalaşa bilər.