Vaxt.Az

BMT-də İran müzakirələri


 

Qurum edamların dərhal dayandırılmasını tələb edir; missiya yaradılır

BMT-də İran müzakirələri BMT-nin İranın insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman noyabrın 24-də İnsan Haqları Şurasının İranda etirazların yatırılması ilə bağlı xüsusi iclasında çıxış edib.

O, təhlükəsizlik qüvvələrinin universitetlərə hücumu, uşaqları öldürməsi, mühakimələrin keçirilməsindən danışıb.

Cavid Rəhman məhbuslardan zorla məcburi etiraflar alınaraq onlar barəsində ölüm hökmlərinin çıxarıldığını deyib: “İslam Respublikası etirazçıların edamını dərhal dayandırmalıdır”.

BMT-nin İnsan Haqları Şurası cümə axşamı Cenevrədə keçirilən xüsusi iclasda İranda etirazlar zamanı insan haqları pozuntularını araşdırmaq üçün beynəlxalq missiyanın yaradılmasını nəzərdə tutan qətnaməni qəbul edib.

ABŞ və digər Qərb dövlətləri tərəfindən fəal şəkildə irəli sürülən qətnamə Şuranı təşkil edən 47 nümayəndə heyətindən 25-i tərəfindən bəyənilib, altı ölkə, o cümlədən Ermənistan, Çin və Kuba əleyhinə səs verib, 16 dövlət isə səsvermədə bitərəf qalıb.

Qətnamədə bildirilir ki, Şura müstəqil faktaraşdırıcı missiya yaratmaq qərarına gəlib. Onun vəzifəsi 2022-ci il sentyabrın 16-da başlayan etirazlarla bağlı İran İslam Respublikasında insan hüquqlarının pozulması ilə bağlı iddiaları hərtərəfli və müstəqil şəkildə araşdırmaq olacaq. Missiya mümkün pozuntularla bağlı faktları və şəraiti müəyyən etməli, habelə sübutları toplamalı və təhlil etməlidir.

 





25.11.2022    çap et  çap et