Vaxt.Az

Moskva ən böyük bazarını itirir


 

Rusiya ilə ticarətini kəsənlər Azərbaycana yön alır

Moskva ən böyük bazarını itirir Ukrayna ilə müharibə səbəbindən Rusiyadan çəkilən alman kapitalı yeni sahillərə yön alıb. Bu kontekstə ilk yerdə Qazaxıstan, ikinci sırada Azərbaycan gəlir.

Almaniya ilə Qazaxıstan arasında ticarət dövriyyəsi yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 83 faizdən çox, Özbəkistanla 91 faiz, Ermənistanla 93 faiz, Azərbaycanla 159 faiz artıb.

Dekabr ayında Avropa İttifaqının (Aİ) Rusiya neftinə sanksiyası qüvvəyə minəcək. 2023-cü ilin fevralında isə adıçəkilən ölkədən neft məhsullarının alışı Aİ üzvlərinə qadağan ediləcək. Nəticədə Moskva qeyri-müəyyən müddətə, hətta əbədi olaraq Berlin üçün enerji ehtiyatlarının təchizatçısı kimi hər hansı əhəmiyyətli rol oynamağı dayandıracaq. Avropa İttifaqı, xüsusən Almaniya Rusiya üçün əsas valyuta mənbəyi olmaqdan çıxacaq.

 





25.11.2022    çap et  çap et