Sorğunun nəticələrinə görə Almaniyanın keçən ay 84.5 punkt olan “IFO” Biznes Güvən İndeksi, noyabrda 86.3 punkta yüksələrək enerji böhranı şəraitində Avropanın ən böyük iqtisadiyyatı üçün ümid siqnalları yaradıb.
***
İsveçin mərkəzi bankı “Riksbank” uçot dərəcələrini 75 baza bəndi artıraraq 2008-ci ildən bəri ən yüksək səviyyəyə qaldırdı. Bank resessiyanın daha da dərinləşəcəyini proqnozlaşdırdığını, lakin inflyasiyanın cilovlanmasının daha vacib olduğunu vurğulayıb.
***
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının sədri Şahap Kavcıoğlunun sədrliyi ilə toplanan Pul Siyasəti Komitəsi uçot dərəcələrinin 10.50 faizdən 9-a endirilməsi barədə qərar qəbul edib. Həmçinin “Overnayt” repo faiz dərəcəsi 7.5 faizə, “Overnayt” əks-repo faiz dərəcəsi isə 10.50 faizə endirilib.