Vaxt.Az

Gərgin mərhələyə qədəm qoyuruq


 

“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı

Gərgin mərhələyə qədəm qoyuruq Azərbaycan prezidenti İlham Əliyevin İran və Güney Azərbaycanlılar barədə son açıqlamalarına böyük ehtimalla Tehran İran XİN-nin mətbuat katibi, parlamentinin bir neçə deputatı və “Səhər” kanalı vasitəsilə “cavab” verəcək.

Ancaq İrandakı siyasi, dini və hərbi dairələr və onların nəzarətindəki media onu da anlayırlar ki, Azərbaycana və azərbaycanlılara qarşı etdiklərinin və edəcəklərinin adekvat cavabını alacaqlar. “İranda yaşayan azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qalmaq üzrədir. Növbəti gərgin mərhələyə qədəm qoyuruq.

“Türkiyə ordusu həm də Azərbaycan ordusudur. Bizə hədə-qorxu gələn ölkələr bunu hesaba almalıdırlar”, – deyərkən Azərbaycan Prezident hədəfləri bəlli edib. Kimi nəzərdə tutub? Hər kəsin cavabını bildiyi cümlə artıq sual deyil.

 





25.11.2022    çap et  çap et