Vaxt.Az

Din xadimləri referendum tələb edir


 

İranın dövlət quruluşu ilə bağlı bütün təbəqələr narazıdır

Din xadimləri referendum tələb edir İranın Sistan və Bəluçistan əyalətindən olan bir qrup sünni din xadimi ölkənin idarəçiliyi və dövlət quruluşu ilə bağlı referendumun keçirilməsini tələb edib.

43 ildir idarəçiliyin bərbad gündə olduğunu bildirən din xadimləri ölkənin gələcəyi ilə bağlı keçirilməsi tələb olunan referendumda beynəlxalq nəzarətçilərin iştirakını vacib hesab ediblər.

“İnsan haqları sahəsində, idarəçilikdə, məhbusların, tələbələrin, qadınların, uşaqların və sünni məzhəbli vətəndaşların hüquqları pozulub. Bu səbəbdən dövlət idarəçiliyində əsaslı dəyişikliklərin edilməsi zəruridir”, – din xadimlərin bildirblər.

Onlar fikir və söz azadlığının İran xalqlarının haqqı olduğunu deyib, ölkənin yalnız bir din, dil, fikir və partiyaya mənsub olanlara aid olmadığını vurğulayıblar.

Sünni ruhanilər molla rejimindən etirazçıları xarici ölkələrin əlaltısı kimi qələmə verməkdən, onlara separatçı damğası vurmaqdan çəkinməyi, bütün məhbusları azad etməyi tələb ediblər.

 





25.11.2022    çap et  çap et