Vaxt.Az

Ər-Riyad sözünü tutmur


 

Səudiyyə Ərəbistanında 12 nəfər edam edilib

Ər-Riyad sözünü tutmur Dünyanın gözü Qətərdə keçirilən 2022 Dünya Çempionatına çevrildiyi bir vaxtda Səudiyyə Ərəbistanında 12 nəfərin edam edildiyi məlum olub.

Son iki həftədə 12 nəfər narkotikə görə ölüm cəzasına məhkum edilib.

“Reprieve” insan haqları təşkilatı Səudiyyə rəhbərliyinin dünyanın Qətərdə keçiriləcək 2022-ci il Dünya Çempionatına diqqət mərkəzində olmasından istifadə edərək edamları həyata keçirdiyini bildirib.

Xatırladaq ki, Ər-Riyad ötən il zorakılıq olmayan cinayətlərə görə ölüm hökmü tətbiq edilməyəcəyinə söz vermişdi. Amma buna baxmayaraq, 2022-ci ildə ölkədə gizli edam edilənlərin sayı əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Mart ayında Səudiyyə Ərəbistanı bir gündə 81 nəfərin edam edilməsi beynəlxalq ictimaiyyətinin etirazlarına səbəb olmuşdu.

 





25.11.2022    çap et  çap et