Xeyli vaxtdır ki, “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Priqojinin əsirlikdən geri qaytarılmış əsgəri çəkic gürzlə (kuvalda) vuraraq öldürməsi müzakirə edilir. Bu azmış kimi Priqojin Avropaya göz dağı kimi xüsusi çəkic hazırladaraq onun Avropa üçün olduğunu nümayiş etdirmişdi.
Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri Urmas Reynsalu rus cəlladı Priqojinin çəkicinə cavab olaraq Haaqa məhkəməsinə qandal göndərib və orada “Vaqner” özəl hərbi şirkətinin təsisçisini gözləyəcəklərini bildirib.
çap et