Vaxt.Az

Canavar qalaktika!


 

Mərkəzində nəhəng qara dəlik olan kosmik cismin yaranma səbəbi bilinmir

Canavar qalaktika! Gördüyünüz foto kainatdakı en qorxunc və nəhəng strukturlardan birinə aiddir. “KOSMOS-AzTEC-1” olaraq adlandırılan bu kosmik nəhəng, böyük ehtimalla kainatdakı ilk ellipsvarı qalaktikalardan biridir.

Yəni bizim günəş sisteminin də yer aldığı Süd yolu qalaktikasının yaranış səbəbi ola bilər. 12 milyard ilə yaxın yaşı olan kosmik sistem, antiklər sinfindədir.

Mərkəzindəki nəhəng qara dəlik isə son dərəcə dəhşətlidir. Bu nəhəngliyə səbəb milyardlarla il əvvəl iki qalaktikanın toqquşması nəticəsində qara dəliklərin birləşməsi səbəb olub.

Bu qədər nəhəng qara dəliyin cazibəsi, hər hansı bir fövqəladə partlayışın itələmə gücündən də böyükdür.

Hesablamalar görə, qalaktikadakı ulduzlar ağlagəlməz dərəcədə sürətlə meydana gəlir. Amma bu qədər sürətlə ulduz meydana gələn və mərkəzində kainatın nəhəng qaradəliyin olduğu qalaktikanın yaranma səbəbi bilinmir.

Tədqiqatçıların davamlı izlədiyi və araşdırdığı bu nəhəng struktur kainat haqqında olduqca geniş məlumatlar verir.

 





26.11.2022    çap et  çap et