Vaxt.Az

“Bu gün İranda iki “biz” var”


 

Almaniya mətbuatına danışan keçmiş məhbus: “Çəkdiyim işgəncələri yuxuda görürəm”

“Bu gün İranda iki “biz” var” Almaniyada çıxan “Der Spiegel” nəşri bugünkü buraxılışında ilk məqaləsini İrandakı etirazlara həsr edib.

Jurnal “İran qadınları amansız repressiyalara baxmayaraq azadlıq uğrunda mübarizəni necə davam etdirirlər” başlıqlı yazısında iranlı qadın və kişilərin hökumətə qarşı mübarizədə üzləşdiyi çətinlikləri araşdırıb.

Məqalədə “Der Spiegel” bir müddət öncə İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş və azadlığa çıxmış bir İran vətəndaşından müsahibə alıb, siyasi məhbuslara və onların ailələrinə qarşı işgəncə və zorakılığın bəzi üsullarına diqqət çəkib.

Nəşrə müsahibə verən iranlı bir kişi deyir: “Uzun müddətdir ki, mənə işgəncələri hər hər gecə yuxuda görürəm”.

Dünya mediası İran rejiminin etirazçılara qarşı törətdiyi vəhşiliklərin yalnız kiçik bir hissəsindən xəbərdardır.

“Der Spiegel” dini hakimiyyətə qarşı mübarizənin əzablarına toxunub və Əli Xameneyinin ona qarşı çıxanları edam etmək istəyinin güclü olduğunu bildirib.

“Spiegel” dini hakimiyyətə qarşı mübarizənin əzablarına toxunub və Əli Xameneyinin ona qarşı çıxanları edam etmək istəyinin güclü olduğunu bildirib.

Bu gün İran xalqı hesab edir ki, İranda iki “biz” var. Bir “biz” mollalar və hökumət, digər “biz” isə  xalqdır.

 





26.11.2022    çap et  çap et