Vaxt.Az

... İrəvandan İrana təşəkkür


 

Anti-Azərbaycan mövqeyinə görə ...

... İrəvandan İrana təşəkkür “Fars” xəbər agentlinin məlumatına görə, erməni saytlarından biri ölkə hökumətinə istinadən xəbər verir ki, işğalçı Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan İrəvanda İranın bu ölkədəki səfiri Abbas Bədəxşan Zühuri ilə görüşüb.

Bildirilir ki, görüşdə Ermənistana dost ölkə İranla əlaqələrin inkişafının vacibliyini vurğulayan Qriqoryan Azərbaycanın Ermənistana qarşı son “hərbi təcavüzü” ilə bağlı mövqeyinə görə İrana təşəkkür edib". 

Görüşdə habelə ikitərəfli gündəliyin mühüm məsələləri, xüsusilə enerji və nəqliyyat sahəsində əməkdaşlıq müzakirə olunub. Regional nəqliyyat əlaqələrinin mümkün kəsilməsinin aradan qaldırılması zamanı Ermənistan və İran arasında dəmir yolunun istismara verilməsinin vacibliyi və müvafiq əməkdaşlığın genişləndirilməsi perspektivi xüsusi vurğulanıb.

 





26.11.2022    çap et  çap et