Toyla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkələrdəki rəsmi səhifələrindən paylaşımlar edib, fotolar yayımlayıb. Mehriban xanımın paylaşımını təqdim edirik:
“Dünən ailə üzvləri və doğmalarımızla oğlumuz Heydərin toyunu qeyd etdik. Xoşbəxtəm ki, artıq bizim üç qızımız var! Bütün valideynlər kimi biz də oğlumuza ailə səadəti arzulayırıq! Uca Allah gənc ailəyə yar olsun, bir-birinə olan Sevgi və Hörməti bir ömür boyu qorumağa kömək etsin! Xoşbəxt olun!”
Vaxt.az olaraq müştərək həyat qədəm qoyan cütlüyü təbrik edir, ailə xoşbəxtliyi arzulayırıq.
Bu arada 25 noyabr dünyada bir çox ölkələrdə qeyd edilən “Şükranlıq bayramı idi”.