Vaxt.Az

Parisin Qafqazdakı son durağı


 

Fransanın kasıb və balaca Ermənistan başqa söykənəcəyi başqa bir ölkə yoxdur

Parisin Qafqazdakı son durağı Azərbaycan Emmanuel Makrona jest edərək Fransa prezidentinin Praqa görüşündə 4-cü tərəf qismində iştirakına razılıq verdi. Özünə hörmət edən heç bir dövlət parlamenti bu jestin qarşılığında fransızların etdiklərini ağlına belə gətirməzdi. Fransa Senatı isə Azərbaycana qarşı daha böyük azğınlıq ortaya qoydu...

İlham Əliyevin “dekabrın 7-də Brüssel görüşü olmayacaq” bəyanatı Qərb mətbuatında geniş rezonans doğurub.

Ermənistan və Azərbaycan rəhbərliyi əsasən Moskva, Brüssel və Vaşinqtonda görüşüblər. Moskvanın tərəflərə təsir imkanları getdikcə zəifləyir. Ona görə də sonuncu Moskva görüşü demək olar ki, nəticəsiz başa çatdı. Brüssel görüşünün qarşısını isə Emmanuel Makron kəsdi. Hazırda tərəflər yalnız Vaşinqton müstəvisində görüşə bilərlər...

Şübhəsiz ki, Emmanuel Makronun yersiz müdaxiləsi rəsmi Vaşinqton üçün yeni imkan yaradıb. Təbii ki, ABŞ bu imkanı əldən verməyəcək.

Əlbəttə, o da mümkündür ki, Avropa İttifaqı Emmanuel Makronla bağlı problemi aradan qaldıracaq. Vaşinqtonla Brüssel demək olar ki, eyni mövqedən çıxış edir. Amma bu iki siyasi mərkəz arasında da rəqabət var. Paşinyanın bəyanatına qədər, Brüssel bu rəqabətdə xeyli irəlidə idi. Emmanuel Makronun iddialı tələbindən sonra Brüssel əldə etdiyi üstünlükləri itirə bilər. Aydındır ki, Brüsseldə bütün bunları hesablayan, təhlil edən beyin mərkəzləri var. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin Brüssel görüşünün baş tutması üçün konkret hansı addımlar atacaq? Konkret cavab vermək çətindir. Ancaq o, son dərəcə təcrübəli siyasətçidir. Kifayət qədər manevr imkanları da var...

P.S.: Fransanın marağı bəllidir. Rəsmi Paris İrəvan üzərindən Ankara və Bakıya təzyiq etmək xətti tutub. Bəxtimiz onda gətirib ki, Ermənistan çox balaca və iqtisadi imkanları ondan da balaca bir ölkədir. Fransanın isə Cənubi Qafqazda söykənə biləcəyi başqa bir ölkə yoxdur...

 





26.11.2022    çap et  çap et