Vaxt.Az

Müharibə olacaq?


 

İsrail İrana qarşı savaşda qərarlıdır

Müharibə olacaq? “The Times of Israel” yazıb ki, İsrail Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Aviv Koxavi ABŞ-da olub. Kohavi ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Mark Milli, Milli Təhlükəsizlik üzrə prezidentin məsləhətçisi Cek Sallivan və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) direktoru Villyam Börnslə görüşüb.

“Müzakirələrdə İrana və onun bölgədəki terrorçu qruplarına qarşı əməliyyat planlarının və əməkdaşlığın sürətləndirilməsini tələb edən kritik bir məqamda olduğumuz barədə razılığa gəldik”, – Aviv Kohavi görüşlə bağlı belə deyib...

General bildirib ki, bir tərəfdən İran bir çox iqtisadi, hərbi və daxili təzyiqlər altındadır, digər tərəfdən isə öz nüvə proqramını genişləndirməkdə davam edir. İsrail ordusu İran təhdidinə qarşı bütün əməliyyat planlarını güclü şəkildə müdafiə edir.

İsrail ABŞ-la birlikdə İrana hərbi zərbə endirməyə çalışır. Bu, məsələ gündəmdədir. Ancaq belə bir hücum İrandakı nümayişlərə necə təsir edə bilər? Bu suala birmənalı cavab yoxdur...

ABŞ və İsrail İrana qarşı müharibəyə başlasa, Azərbaycan hansı mövqedə olacaq? Bu suala da cavab vermək çətindir.

 





26.11.2022    çap et  çap et