İsrail aviasiyası bu gün səhər saatlarında Suriyada hərbi əməliyyat həyata keçirib. Suriya mediası xəbərinə görə, hava hücumu zamanı 4 əsgər həlak olub, biri isə yaralanıb.
Suriya dövlət xəbər agentliyi SANA-nın məlumatında, ölkənin mərkəzi və sahil ətrafı bölgələrində bəzi hədəflərə aviazərbələr həyata keçirilib. Suriya hava hücumundan müdafiə sistemlərinin hərəkətə keçən zaman zərər gördüyü də gələn xəbərlər arasında..
İsrail son vaxtlar Suriyanı hədəf alan hava hücumlarını artırıb.
çap et