Bu mövqe dəyişikliyi İran dronlarını Rusiyaya tədarükü və İrandakı iğtişaşlarla bağlıdır. Bu arada nüvə sazişinin yenidən canlanmasına ümidlər, demək olar ki, itib.
Adının açıqlanmasını istəməyən bir avropalı diplomat “Middle East Eye” nəşrinə müsahibəsində deyib: “Avropa ictimai rəyində və mətbuatında İran daxilində etirazçılarla necə davranmaq haqqında danışılır, lakin siz Avropa hökumət rəsmiləri ilə özəl dairələrdə danışdığınız zaman, mövqe dəyişikliyinin əsas səbəbi “İranın öz dronlarını Rusiyaya çatdırması” göstərilir.
Bu mövqe dəyişikliyi Avropa Birliyinin İrana qarşı sanksiyalarının sürətlə həyata keçirilməsində özünü büruzə verir.