Vaxt.Az

“Bu qatil və uşaq öldürən rejim”


 

Xameneyinin qohumundan dünyaya çağırış

“Bu qatil və uşaq öldürən rejim” İranın Ali lideri Ayətullah Əli Xameneyinin bacısı qızı, tanınmış hüquq müdafiəçisi gənc qadının polis nəzarətində öldürülməsi ilə alovlanan xalq iğtişaşlarına qarşı zorakılıq nümayiş etdirdiyi üçün xarici hökumətləri Tehranla bütün əlaqələri kəsməyə çağırıb.

Hazırda həbsdə olan Faridə Muradxaninin bu bəyanatı internetdə geniş yayılıb: “Ey azad insanlar, bizimlə olun və hökumətlərinizə deyin ki, bu qatil və uşaq öldürən rejimə dəstəyi dayandırsınlar. Bu rejim heç bir dini prinsipinə sadiq deyil, onlar güc və hakimiyyəti saxlamaqdan başqa heç bir qayda tanımırlar”. “Reuters” agentliyinin xəbərində belə deyilir...

Onun müraciəti sosial şəbəkələrdə və mediada geniş yayılaraq, ciddi müzakirələrə səbəb olub.

Xatırladaq ki, İranda iki aydan çox davam edən etirazlarda 63-ü azyaşlı olmaqla 450 etirazçı hökumət qüvvələri tərəfindən güllələnərək qətlə yetirilib.

Məlumata görə, aksiyalar zamanı təhlükəsizlik qüvvələrinin 60 əməkdaşı öldürülüb, 18.173 etirazçı tutulub.

 





27.11.2022    çap et  çap et