Vaxt.Az

40 milyardlıq yardım


 

Əksər NATO ölkəsinin silah ehtiyatı tükənib

40 milyardlıq yardım “The New York Times” nəşrin NATO nümayəndəsinə istinadən verdiyi məlumata görə, təşkilata üzvü olan 30 ölkədən 20-si artıq Ukraynaya verilə biləcək silah ehtiyatlarını tükəndirib. Lakin söhbət əsasən kiçik dövlətlərdən gedir. Eyni zamanda, qalan 10 dövlət tədarükləri davam etdirə və daha çox silah göndərəcək.

Onların arasında Fransa, Almaniya, İtaliya və Hollandiya da var. Bildirilir ki, ümumilikdə NATO ölkələri artıq Ukraynaya təxminən 40 milyard dollar dəyərində silah verib ki, bu da təxminən Fransanın illik müdafiə büdcəsinə bərabərdir. Təbii ki, Rusiya silahlarının qiyməti ilə müqayisədə NATO ölkələrinin silahları müasir və dəqiq olduğundan bahalıdır.

 





27.11.2022    çap et  çap et