Rza şah Kazım xandan qalanı boşaltmasını tələb edir, toqquşma yaranır. İlk münaqişədən sonra Kazım xan öz düzəltdiyi əl qumbarasının partlaması nəticəsində qalada həlak olur.
Türk sərkərdəsi Kazım xan, şücaət simvoluna çevrilmiş bu müdafiə qalasında dəfn edilir, daha sonra onun məzarı yaxınları tərəfindən qonşuluqdakı Göyərçin Qala kəndinə aparılır və orda basdırılır.
Xalq onu müdafiə edib sinəsini düşmənə sipər edən qəhrəmanın adını Qırxlar qalasına həkk edir. Bir əsrə yaxındır ki, bu qala fəxarətlə Kazım xan Daşı adını daşıyır. Xalqın dilində, onun adı ilə bağlı rəvayətlər və əfsanələr yaşayır, dastan olub dildən dilə, eldən elə gəzir.