Vaxt.Az
Fransa türmələrində sıxlıq
Məhbusların sayı ən yüksək rəqəmə çatıb
Fransada məhbusların sayı noyabrın 1-nə qədər tarixin ən yüksək səviyyəsinə çatıb. Ölkə mətbuatında yer alan və Ədliyyə Nazirliyinin məlumatlarına əsaslanan xəbərlərə görə, Fransada noyabr ayının əvvəli etibarilə 72 min 809-a çatan məhbus sayı bütün zamanların ən yüksək səviyyəsi olub.Buna qədər ölkədəki ən çox məhbus sayı 2020-ci ilin mart ayına təsadüf edib – 72 575 nəfər.
Saxlanılanların 26,9 faizi şübhəli şəxs statusundadır.
Həbsxanalardakı sıxlığa işarə edilərkən, 2225 məhbusun yerə döşənmiş çarpayılarda yatmalı olduğu vurğulanıb.
28.11.2022 çap et