2023-cü ilin noyabrında olacaq ümumi seçkilərin vaxtından əvvəl keçirilməsini tələb edən “Vox” lideri Santiaqo Abaskal, “xəyanət, yıxılma və səfalət hökuməti” olaraq xarakterizə etdiyi hökumətin istefasını tələb etdi.
“Yaşasın İspaniya, yaşasın Kral” şüarını səsləndirən kütləyə səslənən Abaskal, təsdiq üçün separatçı Kataloniya və Bask partiyalarına edilən güzəştləri sərt şəkildə tənqid edib.
“Sançes (İspaniyanın baş naziri Pedro Sançes nəzərdə turulur – red.) separatçı katalonların maraqlarına uyaraq dövlətə qarşı üsyanı cinayət məcəlləsindən çıxardı və canilərin qarşısına qırmızı xalça örtdü”. İfrat sağçı lider “Hökumət İspaniyanın milli suverenliyinə və adət-ənənələrinə hörmət etmədən xalqın üstündən keçir”, – Abaskal deyib.
“Milli birlik olmadan konstitusiya, demokratiya və azadlıqlar yoxdur. Vətən zəhmətkeş və təvazökar xalqın son müdafiəsidir. Hökumət milyonlarla ispanları məhvə, nifrətə və əsirliyə məruz qoyur. Biz bu hökuməti parlamentdən qovmalıyıq”.
İspaniyada son bir ayda dərc edilən sorğularda, əgər bu gün seçki olsa, ana müxalifətdəki sağçı Xalq Partiyası (PP) və hökumətin böyük ortağı Sosialist İşçi Partiyası (PSOE) hər biri 27 səs alacaq. Vox isə yüzdə 15 qazana bilər.
Hazırda sol (PSOE) və ifrat sol (Unidas Podemos) partiyalarından ibarət olan İspaniya demokratiyası tarixində ilk koalisiya hökumətinin qarşıdakı dövrdə sağ (PP) və ifrat sağ (Vox) koalisiyasına çevrilməsi ehtimalı yüksəkdir.
Xalq Partiyası və “Vox” hazırda İspaniyanın “Castilla y Leon” muxtar administrasiyasında koalisiya hökuməti ilə əməkdaşlıq edir.