Vaxt.Az

Marin gündəmdən düşmür


 

Təyyarədə paylaşılan şelfi qaş düzəldərkən göz çıxarmağa döndü

Marin gündəmdən düşmür Finlandiyanın gənc və uğurlu baş naziri Sanna Marin ölkə gündəmindən düşmür...

Ötən aylarda baş nazirin iqamətgahında əyləndiyi görüntülərin ortaya çıxmasından sonra çətin anlar yaşayan Finlandiyanın baş naziri Sanna Marin bu qalmaqaldan ardından paylaşdığı selfi ilə yenidən müzakirələrin ortasına düşüb.

“Mən bu gün Reykyavikə gedirəm və İslandiyanın baş naziri Katrin Yakobsdottir ilə görüşəcəyəm”, – Marin sosial şəbəkədə bu statusu paylaşıb. “Bu, mənim İslandiyaya ilk səfərimdir. Skandinaviya ölkələri kimi bu iki ölkənin ortaq cəhətləri çoxdur. Katrin və mən iqlim, enerji və təhlükəsizliyi müzakirə edəcəyik”.

Lakin Baş nazirin bu postu təyyarədə çəkdiyi selfi ilə paylaşması iqlim dəyişikliyindən narahat olanların kəskin reaksiyasına səbəb olub. Təyyarənin karbon emissiyalarına təsir etdiyini və iqlim dəyişikliyinə təkan verdiyini deyən bəzi istifadəçilər “təyyarə ilə getmək əvəzinə müzakirələri videokonfrans vasitəsilə uzaqdan edə bilərdiniz. Bununla iqlimlə mübarizəyə daha çox töhfə verərdiniz”, digəri isə “oraya təyyarə ilə getmək əvəzinə telefonla danışsaydınız” cavablarını veriblər.

Marin Finlandiya vətəndaşlarının reaksiyalarına cavab verməyib.

Qeyd edək ki, keçən həftə İslandiyanın paytaxtı Reykyavikə gedən və həmkarı Katrin Jakobsdottir ilə görüşən Marin, başda iqlim dəyişikliyi olmaqla bir çox mövzunu müzakirə etdiklərini açıqlayıb.

 





28.11.2022    çap et  çap et