İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, noyabrın 27-i Şiraz və Kamyaran şəhərlərində etirazlar zamanı güllələnən və döyülən iki yeniyetmə həyatını itirib.
Rza Kazimi noyabrın 21-də etiraz aksiyasında güllə yarası aldıqdan sonra xəstəxanaya köçürülüb və yarasının ağır olduğuna görə ayın 27-də dünyasını dəyişib.
Mahək Haşimi isə noyabrın 25-də Şiraz şəhərində keçirilən etiraz aksiyasına qatıldığına görə döyülüb və ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən yeniyetmə qız noyabrın 27-də həyatını itirib.
Qeyd edək ki, İranda etiraz aksiyaları başlayandan bu günə kimi 60-dan çox uşaq hökumət qüvvələri tərəfindən qətlə yetirilib.