Vaxt.Az

İran telekanalında əməliyyat


 

SEPAH rəhbər işçilərdən biri həbs edib

İran telekanalında əməliyyat “İran İnternational” televiziya kanalının İrandakı nümayəndələrindən biri həbs edilib. Bunu İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) mətbuat xidməti öz açıqlamasında bildirib.

Açıqlamada bildirilir ki, İran Təhlükəsizlik Nazirliyinin əməkdaşları İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində “Iran International” telekanalının şəbəkə rəhbərini həbs etmək üçün əməliyyat keçirib.

O, şəhərdə baş verən etirazlardan sonra həbs edilib.

Həbs olunan şəxsin kimliyi ilə bağlı açıqlama verilməyib.

 





28.11.2022    çap et  çap et