İÇempionatda 65 kiloqram çəki dərəcəsində
mübarizə aparan Olimpiya çempionu güləşçisimiz Toğrul Əsgərov 8/1 finalda bolqarıstanlı
Borislav Noviçkovla qarşılaşmışdır. Güləşçimiz 4:0 öndə olsa da, arxayınlaşıb
və nəticədə 5:13 hesabı ilə məğlub olub. B.Noviçkov yarımfinalda mübarizəni dayandırdığından,
T.Əsgərovun təsəlliverici görüşlərə qatılması da mümkün olmamışdır.
Digər idmançımız Xetaq Qazyumov (97 kq)
8/1 finalda Belarus təmsilçisi İvan Yankovskini 7:0, 4/1-də polşalı Kamil
Skazikeviçi 6:2 hesabla məğlub edən güləşçimiz yarımfinala yüksəlib. Bu
mərhələdə Ukrayna təmsilçisi Pavel Oleynik üzərində (4:0) hesabıyla təmiz
qələbə qazanan X.Qazyumov finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada
rusiyalı rəqibi Abdusalam Qadisova uduzan idmançımız gümüş medalla
kifayətlənib.
Qadın güləşçilərimizdən Mariya Stadnik
(48 kq) 8/1 finalda rusiyalı Nadejda Fedorova ilə qarşılaşıb və 14:2 hesabı
asanlıqla, 4/1-də Macarıstan idmançısı Mersedes Deneşi isə tam üstünlüklə
məğlub edib. Yarımfinalda rumıniyalı Maqdalina Linquraruya qalib gələn
təmsilçimiz finalda ukraynalı Natalya Pulkovska ilə qarşılaşıb. Son
qarşılaşmada da qalib gələn M.Stadnik dördüncü dəfə Avropa çempionu olub.
Qitə birinciliyində 58 kiloqram çəki
dərəcəsində mübarizə aparan İrina Netreba isə mübarizəyə birbaşa 4/1 finaldan
qoşulub. Bolqarıstanlı Viktoriya Bobevanı 8:4 hesabı ilə üstələyən təmsilçimiz
yarımfinalda belaruslu Anastasiya Huçok üzərində (6:1) qazandığı qələbəylə
finala adlayıb. Netreba sonuncu mərhələdə - Valeriya Jolobovanı (Rusiya) keçə
bilməyib və gümüş medala sahiblənib.
Beləliklə də, Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə 1-i qızıl olmaqla 3 medal qazanıblar.