Vaxt.Az

Ukraynaya yeni sistemlər


 

150 kilometri dəqiq vuran raketlər Kiyevə gələn ilin veriləcək

Ukraynaya yeni sistemlər “Reuters” öz mənbələrinə istinadən xəbər verir ki, Pentaqon “Boeing” şirkətinin Ukraynaya 150 kilometrə qədər məsafədə hədəfləri dəqiq vura bilən GLSDB (Ground-Launched Small Diameter Bomb) sistemləri ilə təmin etmək təklifini nəzərdən keçirir. Əgər tədarüklər razılaşdırılarsa, GLSDB 2023-cü ilin yazında Ukraynaya çatacaq.

Raket  Boeing və İsveçin Saab AB şirkətlərinin birgə layihəsidir. Kompleksin döyüş hissəsi GBU-39B SDB bombası, mühərrik bölməsi isə Amerika M26 raketindəndir. Başlama qurğusu artıq Ukrayna Silahlı Qüvvələrində xidmətdə olan M270 MLRS-dir. 

Bu raketlərin tədarükü Rusiya Silahlı Qüvvələri və xüsusən də arxa cəbhə üçün ciddi təhlükə yaradır,. Bu raketinin əsas "hiyləsi" kiçik ölçüsünə görə gizli olmasıdır ki, bu da onu hava hücumundan müdafiə üçün çətin hədəfə çevirir.

 





28.11.2022    çap et  çap et